Tiktokerlərin liftdəki əxlaqsız görüntülərini yayanlara cəza veriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci - şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev deyib.

O bildirib ki, bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz:

“Hər hansı formada çəkilmiş və ya əldə edilmiş videogörüntünün yayılması insanın şəxsi həyatına müdaxilədirsə, bu yolverilmızdir. Belə ki, Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyata toxunulmazlığını pozulmasına görə məsuliyyət müəyyən edir. Bu maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır".

Hüquqşünas söyləyib ki, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə tiktokerlər - "Nia" ilə Sabirin liftdə çəkilmiş görüntüləri yayılıb. Gündəmi zəbt edən görüntülərdən sonra hər iki şəxs qınaq obyektinə çevrilib. Görüntülərin necə yayıldığı isə məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı