Tətil günlərində müəllimlər məktəbə getməlidir? - AÇIQLAMA

Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb.

Metbuat.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Tətil günlərində müəllimlərin məktəbə getməsi ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib. O bildirib ki, müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, UBR, psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır.

“Müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri,Ümumxalq hüzngünü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır. 6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar”.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı