Ronaldo məşqçi oldu - VİDEO

“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldonun məşqçilik etməsi ilə bağlı görüntüləri maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, tanıtım videosu üçün portuqaliyalı futbolçu yeniyetmələrə texniki məsləhətlər verib. Həmçinin Ronaldo azarkeşləri motivasiya edib. Bildirilir ki, bu görüntülər futbolçu karyerasını yekunlaşdırdıqdan sonra Ronaldonun məşqçi olacağına dair iddiaların ortaya atılmasına səbəb olub. Bu tanıtım videosu zədələndiyi üçün 25 dəqiqə sonra əvəzlənən Ronaldonun Avro 2016 finalından davranışlarını xatırladıb.

Sözügedən finalda Ronaldo baş məşqçi Fernando Santosun yanında qalaraq, matç boyu komandaya göstərişlər verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR