“Qalatasaray” “Barselona”nın futbolçusunu alır - Sürpriz həmlə

“Vilyarreal”a məğlubiyyətində sonra “Barselona”nın baş məşqçisi Xavi Hernandez istefa verəcəyini açıqlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Xavi ilə yanaşı bir sıra futbolçular da klubu tərk edəcək. Onların arasında İlkay Gündoğan da var. Kataloniya mətbuatının məlumatına görə, uğursuz oyun nümayiş etdirdiyi iddia olunan İlkay Gündoğan tənqid edilir.

Məlumata görə, bu vəziyyət “Qalatasaray” klubunun diqqətini çəkib. “Qalatasaray” klubunun nümayəndələri İlkay Gündoğanla görüşərək, onu kluba dəvət edib. İddialara görə, dəvət futbolçunun diqqətini cəlb edib və o təklifi rədd etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR