İtaliyalı aktrisa Sandra Milo vəfat edib.
Metbuat.az xəbər verir ki, 91 yaşlı aktrisa evində, yaxınlarının əhatəsində vəfat edib.
Xatırladaq ki, aktrisa 1933-cü ildə Tunisdə anadan olub.
Milo dahi İtaliya rejissoru Federiko Fellininin ilham pərilərindən hesab edilirdi. O, rejissorun “Səkkiz yarım”, “Culyetta və ruhlar” filmlərində çəkilib, o cümlədən Roberto Rosselini kimi rejissorla da çalışıb.
Seyranə Quliyeva / Metbuat.az