ABŞ və İran arasında gərginlik artdı - Azərbaycana təsiri olacaq?

"ABŞ-la İran arasında hər dəfə gərginlik artanda “bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər” sualı aktuallaşır. Vaşinqton amerikalı hərbçilərin öldürülməsinə cavab olaraq İranın mövqelərinə zərbə endirməyi planlaşdırır. Bununla Yaxın Şərqdəki toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşıb. Azərbaycan bölgədə gərginlikdə maraqlı deyil, ancaq əgər vəziyyət istəyimizdən asılı olmayaraq gərginləşərsə qarşıduran tərəflərdən eyni məsafədə qalmalıyıq".

Metbuat.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O deyib ki, mövcud vəziyyət Azərbaycanın İranla quru sərhədini açmasını mümkünsüz edir:

"İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır, Azərbaycanı isə İsraillə əməkdaşlığa görə ittiham edirlər. Halbuki, Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib. Ancaq orası da var ki, İsrail hökuməti ABŞ-ın İranı sərt cəzalandırmasının tərəfdarıdır və əgər bu baş verərsə, Tehran İsraillə əməkdaşlıq edən ölkələrin ünvanına yenə sərt bəyanatlar səsləndirəcək.

Misal üçün Yaxın Şərqdəki gərginlik fonunda İran prezidenti İbrahim Rəisi müsəlman ölkələrinə çağırış edib ki, İsraillə əməkdaşlıqdan imtina etsinlər. Bu çağırış başqa ölkələrin daxili işlərinə qarışmaq olduğundan diqqətə alınmayıb. Türkiyənin özü İsraili sərt şəkildə tənqid etsə də, bu ölkə ilə iqtisadi əməkdaşlıqdan imtina etməyib. Azərbaycan Yaxın Şərqdəki hadisələrdən narahat olsa da, İsraillə əməkdaşlıqdan imtina etməyəcək".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı