Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili ilə "VAZ2105" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Metbuat.az