“Arsenal”ı silkələyən xəbər - Qərarını verdi

"Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Artetanın təkzib etməsinə baxmayaraq onun klubdan ayrılacağı barədə iddialar səngimir.

Metbuat.az xəbər verir ki, Artetanın “Arsenal”dan getməyə hazırlaşdığı irəli sürülür. “Sport”un məlumatına görə, Mikel Arteta "Arsenal"dakı həmkarlarına mövsümün sonunda İngiltərə komandasını tərk edəcəyini bildirib. Onun hansı kluba getmək istədiyi barədə məlumat yoxdur.

Britaniya mediası isə onun “Barselona” klubuna gedəcəyi barədə xəbər dərc etmişdi. Arteta isə iddiaları rədd edib. Qeyd edək ki, Mikel Arteta “Arsenal”la 154 matçda 88 dəfə qalib gəlib, 26 dəfə heç-heçə edib, 40 dəfə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR