Ançelottinin Arda ilə bağlı planı üzə çıxdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin Arda Gülerə meydanda niyə çox şans verməməsinin səbəbi məlum olub.

Metbuat.az xəbər verir ki, Ançelotti Ardanın fiziki cəhətdən daha da güclü olmasını istəyir. “Marca” qəzetinin məlumatına görə, Ançelottinin Ardanın istedadlı futbolçu olduğunu hesab edir və ona tam güvənir. Lakin Ardanın meydanda daha çox şans əldə etməsi üçün Arda fiziki cəhətdən təkmilləşməlidir.

Qeyd edək ki, Arda Güler ilk dəfə kubok matçında “Arandina”ya qarşı oynadıqdan sonra Ançelotti "Meydanda olanda yaxşı səviyyədə oynadı, amma fiziki olaraq hələ istədiyimiz səviyyədə deyil” deyə bildirmişdi. Arda kubok oyunundan sonra daha iki oyunda matça sonradan daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR