Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi reallaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, yanvarın 31-də danışıqlar prosesi nəticəsində əsirlikdə olan 195 Rusiya hərbi qulluqçusu Ukraynanın ərazisində geri qaytarılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə “X” hesabında 207 ukraynalı əsirin geri qaytarıldığını vurğulayıb.