Arda Ançelotti qarşısında "şərt qoydu" - “Real”dan gedir

Zədəsi səbəbindən "Real Madrid"də oynaya bilməyən Arda Güler zədəsini sağaltsa da, İspaniya nəhəngində çox oyun keçirə bilmir.

Metbuat.az xəbər verir ki, klubdan ayrılmaq istəməyən Arda oyun şansı əldə edə bilməsə fikrini dəyişə bilər. Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Arda mövsümün sonuna qədər müntəzəm forma şansı əldə edəcəyi kluba keçməyi nəzərdən keçirə bilər. Buna səbəb Ardanın AVRO-2024-də Türkiyə milli komandasında forma şansı əldə etmək istəməsi ilə bağlıdır.

Bildirilir ki, Arda klubda forma şansı əldə etməsə Türkiyə millisində də əsas heyətdən kənarda qala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR