Sədərəkdə kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanaya yerləşdirildi

Sədərəkdə qazdan kütləvi zəhərlənmə baş verib

Metbuat.az Referans.az-a istinadən xəbər verir ki, hadisə Sədərək kəndində qeydə alınıb. Belə ki, aidiyyatı qurumlar tərəfindən Sədərək rayonunda qaz sızmalarının qarşısını almaq üçün qaza odarant maddəsi vurulub. Nəticədə, Sədərək kənd sakinləri 1986-cı il təvəllüdlü Məmmədova Aybəniz Sahib qızı, 1986-cı il təvəllüdlü Cəfərova Şəhla Əhəd qızı, 1975-ci il təvəllüdlü Səfərov Hüseyn Vəli oğlu, 2003-cü il təvəllüdlü Qasımova İnci Elnur qızı və 2019-cu il təvəllüdlü Seyidova Zəhra Xəlil qızının vəziyyətləri pisləşdiyindən (baş gicəllənməsi və ürək bulanma halları ilə) onlar yerli xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi müayinədən sonra zərərçəkənlər evə buraxılıb.

Verilən məlumata görə, Qaz İstismar İdarəsi qabaqlayıcı tədbirlər görmək üçün müxtəlif vaxtlarda və yerlərdə qaza odarant maddəsi vurur ki, bunun da hər hansı ölümcül təsiri yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı