"Azəriqaz"ın gündəlik qaz qəbulu bu qədərdir - RƏSMİ

Fevral ayının birinə qədər ölkə ərazisini əhatə etməklə, təbii qazın sutkalıq qəbulu 43 milyon 441 min kub metr təşkil edib.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

"Bakı və Abşeron yarmadası üzrə 25 milyon 644 min kubmetr, regionlar üzrə isə 17 milyon 797 min kubmetr təşkil edib. Sutka üzrə ümumi qəbulun 59 faizi Bakı və Abşeron yarmadasının, 41 faizi isə regionların payına düşüb. Yanvar ayı üzrə qəbulun payı isə 1 milyard 288 milyon 633 min kubmetr qaz qəbul edib".

R. Əhmədov qeyd edib ki, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 36 milyon 071 min kubmetr səviyyəsində olub:

“Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin fevralın 1-də “Azəriqaz” 7 milyon 371 min kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır. Yanvar ayı üzrə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 1 milyard 278 milyon 633 min kubmetr təşkil edib”.

Azəriqaz” İstehsalat Birliyinin tarixindən ən çox qəbul edilən sutkalıq qaz qəbulu 24 yanvar 2024-cü il tarixində qeydə alınıb. Bu rəqəm 47 milyon 376 min kubmetr təşkil edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR