Ötən il 41 538 gənc münasib işlərlə təmin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, son bir ildə 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
41 538 gənc münasib işlərlə təmin edilib, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Eyni zamanda son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb.
Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatlılığının artırılmasında önəmli rol oynayıb. Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyİŞ” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır
Azərbaycanda işlə təmin olunan gənclərin sayı açıqlandı
Həmçinin oxu
Göyçay çayının ətrafı çirkləndirilib - Sakinlər narazıdır
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Minimum əməkhaqqı artımı bu şəxslərə şamil olunacaq
04 Oktyabr 2026
·
22:19
TDT ölkələri qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağı hədəfləyir
16 Sentyabr 2026
·
20:29
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
13 Sentyabr 2026
·
12:36
Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir?
06 Sentyabr 2026
·
15:00
Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyədə zəlzələ oldu
Bu gün
·
23:37
İnsanın yaşı gözlərindən öyrənildi - Maraqlı kəşf
Bu gün
·
23:31
Azərbaycanlı gənc Polşada vəfat etdi
Bu gün
·
23:20
Günəşdə güclü partlayış oldu
Bu gün
·
22:55
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
Bu gün
·
22:30
Avtomobil bazarında yeni tələblər, bazarda qiymətlər artacaq?
Bu gün
·
22:15
Premyer Liqa: “Sumqayıt” ilk qələbəsini qazandı
Bu gün
·
22:00
Tramp: Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb
Bu gün
·
21:38
Oktyabrda həyatında yeni səhifə açacaq 4 bürc
Bu gün
·
21:05
Bakıda yanğın başlayıb
Bu gün
·
20:30
Azərbaycan cüdoçuları dünya çempionatında 7 medal qazandı
Bu gün
·
20:10
Rusiyadan Gürcüstanla bağlı qadağa
Bu gün
·
20:00
Premyer Liqa: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə etdi
Bu gün
·
19:47
Husilər yenidən Ər-Riyad aeroportuna hücum etdi
Bu gün
·
19:44
DÇ: Uşangi Kokauri finalda məğlub oldu
Bu gün
·
19:30