Polşada iki aylıq övladı ilə birgə itkin düşən Adilə Mehdiyevanın meyiti çayda aşkar edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat yayıb. İtkin düşmüş soydaşımızın cansız bədəni Oder çayından tapılıb.
Məlumata görə, cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.