Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Metbuat.az xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Qəza nəticəsində qadın (yüngül) xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb.
Seyranə Quliyeva / Metbuat.az