Qoyun otararkən minaya düşən gənc BDU-nu fərqlənmə ilə bitiribmiş - DETALLAR

Xəbər verdiyimiz kimi, fevralın 4-də Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadə minaya düşüb. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Metbuat.az bildirir ki, “Azərbaycan Universitetləri” səhifəsi onunla bağlı yeni məlumatları paylaşıb. Qeyd edilib ki, o, Bakı Dövlət Universitetinin məzunu olub.

H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.

Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı