Heydər Əliyev prospektində qəza: Sıxlıq yarandı - FOTO

Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR