Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Məhəmməd Salahı 150 milyon avroya transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, ərəblər qarşı tərəflə bununla bağlı danışığa başlayıblar. Yurgen Klopp mövsümün sonunda “qırmızılar”ın baş məşqçi postunu tərk edəcəyini açıqladığından, misirli hücumçu da ayrılmaq qərarına gəlib.
“Əl-Hilal” 100 milyon avro nağd, 50 milyon avro isə bonus şəklində ödəməyi planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.