Hərbi helikopter qəzaya uğrayıb, 5 əsgər həlak olub

Kolumbiyanın Choco inzibati bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus helikopter Choco'nun Unguia adlanan bölgəsində qəzaya uğrayıb. Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Ordunun verdiyi açıqlamada ölən əsgərlərin ailələrinə başsağlığı verilib və qəza ilə bağlı araşdırmaların başlanıldığı bildirilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR