Gümrüdə rus hərbçinin gülləsinə tuş gəlməyən 6 aylıq uşaq da öldü

17:48 19 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib. Trend-in Novosti Armeniya-ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğunu bildirmişdilər.

Qeyd edək ki, yanvarın 12-də səhər cinayətkar Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.

Cinayətkar avtomatın açılmamasına görə 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR