Zelenski ona Milli Qəhrəman adı verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müvafiq fərman prezidentin internet saytında dərc olunub. Fərmanda deyilir:

“General Valeri Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin".

Qeyd edək ki, fevralın 8-də Zelenski Zalujnı ilə görüşüb və ona xidmətlərinə görə təşəkkür edib. Daha sonra Prezident Aparatı general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsi haqqında fərman verib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR