ABŞ-ın Suriyadakı hərbi bazasına raket hücumları edilib

İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərindəki bazaya raketlərlə hücum edib.

Hücum edilən bazadan tələfat haqqında məlumat əldə edilməsə də, ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze İHA-larla hədəfə alınıb.

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı