Naxçıvanda mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilmişdir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilmişdir.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilmişdir.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı