Mingəçevirdə 41 yaşlı kişi güllələndi - Saxlanılan var

Mingəçevirdə qətl hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A. Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı