Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.
Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, fevralın 16-sı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.
Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.
Fevralın 18-i gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.
Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.
Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.