Bu sadə vasitə ürəyə, beyinə və hormonlara faydalıdır

Qoz minbir faydası ilə tanınan meyvələrdəndir. Qozun özü kimi qabığı da, yağı da müalicəvi xüsusiyyətlərə malikdir.

Metbuat.az xəbər verir ki, saglamolun.az bu dəfə qoz yağının faydaları haqqında araşdırıb:

1. Bu yağda B1, B2, B3, E vitaminləri ilə fosfor, maqnezium, sink, dəmir və kalsium kimi faydalı vitamin və minerallar var. Onu yeməklərdə istifadə etmək mümkündür. Ancaq dadı acı olduğu üçün yeməklərin dadını dəyişə bilər.

2. Bu faydalı yağ ürək xəstəliklərindən qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır.

3. Bədəndə hormon səviyyəsini nizamlayır. Bu isə demək olar ki, bir çox xəstəlikdən qorunacağınız mənasını verir. Çünki xəstəliklərin çoxu hormonların səviyyəsinin həddindən az və ya çox olmasından qaynaqlanır.

4. Qan dövranını artırır. Yüksək miqdarda omega 9 doymamış yağı daşıdığına görə, damar sərtliyininə mane olur və qan dövranını artırır. Damar elastikliyi yüksək təzyiq və ürək xəstəliklərinin əsas səbəblərindən olduğu üçün gündə 2-3 ədəd qoz və ya bir miqdar qoz yağı qəbul etmək tövsiyə edilir.

5. Göbələk xəstəliklərinin müalicəsi zamanı da effektlidir. Bunun üçün 1 ədəd soğanı rəndələyərək qoz yağı ilə qarışdırmaq lazımdır. Daha sonra bu qarışımı problemli bölgəyə sürtmək olar.

6. Beyin funksiyalarının inkişafı üçün də qoz yağı əvəzedilməzdir. Düşünmə, öyrənmə və yaddaş funksiyalarının güclənməsi üçün xüsusilə uşaqların və yaşlıların yeməklərinə qoz yağı əlavə etmək məsləhətdir. Qoz yağından həftədə 3 dəfə 1 çay qaşığı istifadə etmək kifayətdir.

7. İltihabı sağaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı