Cavanşir Quliyevin ölüm xəbəri yayıldı - YENİLƏNİB

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

08:31

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin İstanbulda, müalicə aldığı xəstəxanada vəfat etdiyi deyilir.

Metbuat.az xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın 5-də xəstəxanaya yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR