Küncütün indiyə qədər bilmədiyimiz faydaları

Küncütün insan sağlamlığına müsbət təsir edən bir çox xüsusiyyətləri var.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, küncütün insan sağlamlığına təsirləri aşağıdakılardır:

Təbii antioksidant qaynağı olan küncüt immunitet sistemini gücləndirir və orqanizmdə soyuqdəymə, qrip kimi qış xəstəliklərinə qarşı immunititet yaradır.

Yüksək miqdarda olan E vitamini qan dövranı sistemini tənzimləyir və ürəyə faydalıdır.

Tərkibindəki yüksək dəmir tərkibi qan azlığı və qan xəstəliklərinə qarşı müsbət təsir göstərir.

Küncüt yağı həzm sistemini tənzimləyir. Həmçinin bədəndə bağırsaq və kolon xərçənginə qarşı təsirlidir. Küncütdə olan yüksək miqdarda lesitin sinir sistemi və beyin funksiyalarına müsbət təsir edir və alzheimer və demans kimi xəstəliklərə qarşı da müsbət təsir göstərir.

Xolesterolu və qan təzyiqini azaltmağa kömək edir. Tərkibindəki kalsium sümüklərin və dişlərin sağlamlığına müsbət təsir göstərir. Tərkibində olan bərpaedici keratin təsiri ilə küncüt saç və dırnaq sağlamlığı üçündə faydalıdır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı