“Qarabağ” hörmət etdiyimiz rəqibdir” - “Braqa”nın baş məşqçisi

“Qarabağ” bizim hörmət etdiyimiz rəqibdir. Biz onları tanıyırıq və öyrənirik. Ona görə də bilirik ki, çox bacarıqlı komandadırlar. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, onları rahat matç gözləmir: “Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm və qələbə axtarışında olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR