Bakının bu qəsəbələrindən qatar keçəcək - Sıxlıq aradan qalxacaq?

"Dəmir yollarının inkişafı, xüsusən Bakı ətrafı kəndlərə yeni dəmiryol xəttlərin çəkilməsi, köhnələrin bərpa edilməsi son vaxtlar gündəmdədir. Bu, xüsusi olaraq Bakının baş planında nəzərdə tutulan məsələdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, sistemin qurulması, bərpa edilməsi, ictimai nəqliyyatın inkişafı baxımından çox önəmlidir. Xüsusən Bakı kəndlərinin, ətraf qəsəbələrin şəhər mərkəzi ilə əlaqələnməsi, hərəkətin tənzimlənməsi baxımından önəmlidir: "Bu, çox vacib bir məsələdir. Dövlət tərəfindən qarşıya qoyulan əsas hədəflərdən biridir. "Azərbaycan Dəmir Yolları" QSC bunu icra etmək üçün müxtəlif layihələr hazırlayır. Köhnə dəmir yolu xəttlərinin bərpası, eləcə də yeni xəttlərin çəkilməsi, bir həlqəvari sistem yaradılması Bakı üçün olduqca vacibdir. Bu sistem qurulduqda, biz nə qədər effektiv nəticə əldə edəcəyimizi aydın şəkildə görəcəyik. Çünki əvvəldən də bu elektrik qatarları sıx işlək mexanizim üzərində qurulub, istifadə olunub, çox da effektiv nəticə verib. Sadəcə son dövrlərdə bu sahədə irəliləyişə nail ola bilmədik. Aidiyyəti qurumlar da bunu təsdiq edir. Dəmir yolları da bunu icra etməyə qadirdir".

Elməddin Muradlı həmçinin qeyd edib ki, bəzi yerlərdə dəmir yolu xəttlərinin ətrafı zəbt olunub, hətta işləməyən köhnə dəmiryol xəttlərinin üzərində tikinti işləri aparılıb, obyektlər tikilib: "Bu cür özbaşınalıqlar baş verib. Düzdür, bunun qarşısını almaq çətin olacaq. Amma dövlət tərəfindən tapşırıq verilibsə, bu məsələlər icra edilməlidir".

Elməddin Muradlı: “Bakıda 70 metro stansiya tikilməlidir” - VİDEO -  Avtosfer.az

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı