"Real"da qalmaqal - Ançelottinin oğlu Ardaya qarşı çıxdı

“Real Madrid”in "Jirona"nı 4-0 hesabı ilə məğlub etdiyi matçda Arda Gülerin penalti epizodu ilə bağlı maraqlı detallar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, 77-ci dəqiqədə oyuna daxil olan Arda oyuna əlavə edilmiş dəqiqələrdə penalti qazanıb. Məlumata görə, topu qərarlı formada əlinə götürən Joselu Ardanın penalti zərbəsini yerinə yetirməsinə imkan verməyib. “Real”ın bəzi futbolçuları Ardanın penaltini yerinə yetirməsini istəsə də, Joselu imkan verməyib. O, penaltini dəqiq yerinə yetirə bilməyib. İddialara görə, Ardanın penaltini yerinə yetirməməsinə səbəb Karlo Ançelottinin oğlu Davide Ançelottidir.

Karlo Ançelotti penalti zərbəsini Arda Gülerin yerinə yetirməsini istəyib. Karlo Ançelottinin bu qərarı Dani Karvaxala, Karvahalın isə bu qərarı penaltini yerinə yetirməyə hazırlaşan Arda Gülerə və Joseluya çatdırdığı bildirilib. Bu qərara Karlo Ançelottinin oğlu və köməkçisi Davide Ançelottinin müdaxilə etdiyi iddia edilib. Davide Ançelotti isə penaltini Xoselunun yerinə yetirməsini istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı