Müttəfiqlər qrupu Ukraynaya bu il ərzində bir milyon PUA toplayıb tədarük etməyə hazırlaşır.
Metbuat.az “LIGA.net”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib. Onun sözlərinə görə, NATO-nun 20 müttəfiq üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib: “Bunlar Ukrayna əhalisinin qorunmasına yardım edəcək”.