“Barselona”nın almaq istədiyi 5 ulduz futbolçu - Heyət tamamilə dəyişir

Mövsümün sonunda baş məşqçi Xavi Hernandezlə yollarını ayıracaq "Barselona"nın idman direktoru Deko növbəti mövsüm üçün transfer hərəkatına başlayıb.

Metbuat.az xəbər verir ki, “Barselona” 5 futbolçunu transfer etmək istəyir. “As” qəzetinin məlumatına görə, “Barselona” "Arsenal"da çıxış edən Qabriel Martinelli, "Everton"un 22 yaşlı ön liberosu Amadou Onana, "Brayton"un sol cinahı Kaoru Mitoma, "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya və "Jirona"nın yarımmüdafiəçisi Qarsianı transfer etmək istəyir.

İddialara görə, La Liqa nəhəngi gələn mövsüm bu 5 futbolçudan azı üçünü heyətinə qatmaq istəyir. Bununla yanaşı “Barselona” bəzi futbolçuları klubdan gönədərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR