Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini blokladı

Macarıstan Avropa İttifaqının Rusiya qarşı 13-cü sanksiyalar paketini bloklayıb.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqı səfirlərinin görüşündə sanksiyalara qarşı çıxan yeganə ölkə Macarıstan olub. Budapeşt bunu Rusiyaya qarşı deyil, Çinə qarşı yönələn tədbirlərlə əlaqələndirib.

Yeni sanksiya paketində Rusiya, Çin və digər ölkələrdən 200-dək şəxsə və təşkilata qarşı məhdudiyyətlər nəzərdə tutulur. Sanksiya paketinə Çində fəaliyyət göstərən üç və Hindistanda fəaliyyət göstərən bir kompaniya əlavə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı