Ağalıda ilk toy - Müharibə veteranımız EVLƏNDİ / VİDEO

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində, 30 ildən sonra ilk toy məclisi keçirilib.

Metbuat.az xəbər verir ki, bir neçə gündür toy üçün başlanan hazırlıqlar yekunlaşıb və məclis artıq başlayıb. Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev bildirib ki, belə bir toy mərasimi keçirmək onların çoxdankı arzusu idi.

Ağalıda toy çadırı qurulan bəy Xanoğlan Mirzəyev də Vətən müharibəsi iştirakçısıdır. 30 ildən sonra ata- baba yurdunda belə bir toy məclisinin qurulmasının düşmənə göz dağı olduğunu deyən Xanoğlan Mirzəyev bildirib ki, Ağalı sakinləri öz doğma torpaqlarındadırlar.

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı