Azərbaycan cüdoçusu qızıl medal qazanıb - "Böyük dəbilqə”

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.

Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı