“Sumqayıt” “Turan Tovuz”la, “Neftçi” “Zirə”ylə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun iki matçı keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüş saat 15:30-da başlayacaq. Hazırda “gənclik şəhəri” təmsilçisi 35 xalla 2-ci, Tovuz klubu 29 xalla 8-ci pillədə yer alıb.

Günün ikinci oyunu “Neftçi” və “Zirə” komandaları arasında olacaq. “Neftçi Arena”da gerçəkləşəcək matç saat 18:00-da start götürəcək. “Neftçi” və “Zirə” hərəyə 32 xalla turnir cədvəlində müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər.

Azərbaycan Premyer Liqası XXIII tur

18 fevral

15:30. “Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Hakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Emin Cəfərov

“Neftçi Arena”

Qeyd edək ki, turun dünən keçirilmiş matçlarında "Sabah" evdə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Səbail" "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2. “Qəbələ” – “Qarabağ” oyunu isə Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı