39 yaşlı bank əməkdaşı qəfil vəfat etdi - FOTO

Bank işçisi futbol oynayarkən qəfildən ölüb.

Metbuat.az busaat.az-a istinadən xəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib.

“Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhum sözügedən bankda 15 ilə yaxındır işləyirmiş. Onun səhhətində təzyiq problemi olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı