"Liverpul"un baş məşqçisi Yurgen Klopp “Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlunu transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, mövsümün sonunda klubdan ayrılacağını açıqlayan Klopp bununla belə transfer hərəkatını davam etdirir. Məlumata görə, Klopp türk futbolçunun “Liverpul” üçün faydalı olacağını irəli sürüb. Bildirilir ki, “Fənərbaxça” Ferdi Kadıoğlu üçün 30 milyon avro tələb edir. Ferdi Kadıoğlu ilə "Arsenal", "İnter" və "Napoli"nin də maraqlandığı deyilir.
Qeyd edək ki, “Fənərbaxça”nın 2018-ci ildə Hollandiyanın “Nec Nijmegen” komandasından 1,4 milyon avro qarşılığında heyətinə qatdığı Ferdi Kadıoğlu bu mövsüm 33 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.