“Xocalı soyqırımı ermənilərin həyatında silinməyəcək qara ləkədir” – ŞƏRH

Azərbaycan xalqı 32 il öncə fevral ayının 26-da törədilmiş Xocalı soyqırımının qurbanlarını rəhmətlə anır.

Bu barədə Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib ki, Xocalı soyqırımı ermənilər nə qədər də gizlətməyə çalışsalar da, faciə danılmaz, silinməz fakt olaraq qalacaqdır:

Ermənistan yeni müharibəyə başlaya bilər? -

“Bu gün təəssüf doğuran məsələ odur ki, dünya bu işlərə susqunluq nümayiş etdirir. Azərbaycan prokurorluğu, Hərbi Prokurorluq 365-ci alaya və orada iştirak edən şəxslərə qarşı bu cinayət işlərinin araşdırılması ilə məşğuldur. İnterpola xeyli axtarışa verilmiş cinayətkarlar var. Son vaxtlar Xocalı hadisəsini törətmiş bir çox erməninin məhz bu prosesdə iştirakı sübut olunub və onlar da həm şahid, eyni zamanda cinayətkar kimi ifadələr verməkdədirlər”.

Millət vəkili bildirib ki, erməni quldurları və onların havadarlarının bütün müharibə qanunlarını pozaraq Azərbaycan xalqına qarşı qorxutmaq məqsədilə atdığı bu dəhşətli addımlar onların həyatında ləkə olaraq qalacaq:

“Xocalı soyqırımı qara bir ləkədir, ermənilərin həyatından silinməyəcək və Azərbaycan xalqı heç vaxt bunu unutmayacaqdır. Bu soyqırım nəticəsində 600-dən çox həmvətənimiz həlak olub, eyni zamanda itkin düşənlərimiz, girov götürülənlərimiz olub.

Qətliamdan 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin anları unutmadı, yada saldı və öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün qurulmuş abidəni ziyarət etdilər. Biz bir daha bxarici və daxili siyəsətimizin dönməz olduğunu dünyaya nümayiş etdirdik”.

AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə hesab edir ki, Xocalı soyqırımı nəinki Azərbaycan tarixində, eyni zamanda türk dünyasının və dünyanın tarixində bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir:


“1992-ci ilin fevral ayında Ermənistanın silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi bu hadisə bütün parametrlərinə görə soyqırımdır. Bu faciə həm hüquqi cəhətdən, həm də son dövrlərdə aşkarlanan bir çox faktlar nəticəsində, dəhşətli cinayətlərin, soyqırımlarının törədildiyi sübut edilib. Bir neçə gün öncə Xocalı şəhərinin ərazisində aşkarlanan kütləvi məzarlıqda müəyyən olunub ki, dəfn yerlərində əli bağlı formada insanlar basdırılıblar. Onların içərisində azyaşlı uşaqların da olması bu soyqırımın nə qədər qəddarcasına həyata keçirildiyini aydın şəkildə göstərir”.

E.Kəlbizadə vurğulayıb ki, xalqımızın Xocalı soyqırımı, o zaman baş verən hadisələrdən çıxara biləcəyi ən böyük dərs düşmənimizi aydın şəkildə tanımaq barədə oldu:

“Biz bilməliyik ki, erməni millətçi və terrorçu təşkilatları daim Azərbaycan xalqına qarşı nifrət ruhunu təbliğ edirlər. Bu gün Cənubi Qafqazda mövcud olan Ermənistanın normallaşması üçün ilk növbədə Ermənistan hökuməti başda olmaqla bütün qüvvələr bu cür xəstə ideologiyanın ermənilər arasından təmizlənməyinə maraqlı olmalıdır. Eyni zamanda, Ermənistandakı orta məktəb dərsliklərində, müxtəlif rəsmi dövlət nəşrlərində uzun illər boyunca təbliğ olunmuş türk düşmənçiliyi, azərbaycanlı düşmənçiliyi aradan qaldırılmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı