“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldonun “Əl Fayda” ilə səfər matçında vurduğu qoldan sonra etdiyi sevinc diqqət çəkib.
Metbuat.az xəbər verir ki, Marselo Brozoviçdən aldığı ötürmədən sonra qol vuran Ronaldo komandasının 1:0 hesablı qələbə qazanmasında aparıcı rol oynayıb. O qoldan sonra ənənəvi “SİUU” sevinci əvəzinə əllərini sinəsinə qoyub. Futbolçunun bu sevinci maraq doğurub.
Ronaldonun bundan sonra bu yeni qol sevincini təkrar edib-etməyəcəyi müzakirə edilib.