Qeyri-etik hərəkətlər edən şagird həbs edilə bilər? - AÇIQLAMA

“Törədilən əməldən, hüquq-mühafizə orqanlarının işindən, məhkəmənin qərarından asılı olaraq yeniyetmənin islah evinə göndərilməsi müzakirə edilə bilər”.

Metbuat.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinif şagirdi olan qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair məsələ barədə danışarkən deyib.

“Adətən, bu məsələdə qanun azyaşlılara qarşı hümanist davranır. Amma qeyd etməliyəm ki, qanunla 16 yaşında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı