Azərbaycanda bu kriptobirjaların girişi məhdudlaşdırıldı

Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırılıb.

Bu barədə Metbuat.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

"Qanunvericiliyin tələblərinə əsasən, “OKX” və “ByBit” kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR