“Ürəyimdə çox şey var. Bu insanların sevincinə çox sevinirəm. Hər birinə təşəkkür edirəm. Bu gün futbolçular böuyük xarakter göstərdilər. Hiss edirdim ki, bu gün meydanda döyüşməliyik”.
Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa”ya qalib gəldikləri oyundan sonra deyib.
“Başda cənab Prezident olmaqla qalib xalqıma təşəkkür edirəm. Futbolçularıma sonsuz təşəkkür edirəm ki, bu gün əsl azərbaycanlı kimi döyüşdülər” - Qurbanov əlavə edib.