Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Metbuat.az xəbər verir ki, sənət ocağı repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək. Belə ki, martın 9-da və 10-da “Əsrə bərabər gün”, 15-də “Şükriyyə”, 16-da “Dantenin yubileyi”, 17-də “Ah, bu uzun sevda yolu”, 29-da “Ölülər”, 30-da “Sənsiz” və ayın son günü, 31-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.