Faciəvi şəkildə vəfat edən müəllimələrin görüntüsü - FOTO

Fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski bu gün xəstəxanada vəfat edib.

Metbuat.az xəbər verir ki, onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, fevralın 22-də axşam saatlarında İsmayıllıda baş verən qəzada 34 yaşlı Nigar Bayramova vəfat edib. O Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub.

Mərhum müəllimlərin fotosunu təqdim edirik:

Fotoda: Elmira Şıxlinski


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR