Tramp prezident seçiləcəyi təqdirdə sərhədləri bağlayacağına söz verdi

Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq, (miqrantların – Red) işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əməliyyatına birinci gündən başlayacağıq”, – siyasətçi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı