"Qarabağ FK – 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı oldu

Bakıda "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı olub.

Metbuat.az xəbər verir ki, "Qarabağ" Futbol Klubundan (FK) bəhs edən filmin təqdimat mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Filmdə "Qarabağ" Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, klubun SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb.

Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların İmarət Stadionu, "Qarabağ" FK ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.

Filmdə Ağdam Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki İmarət Stadionun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən bəhs edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR