Azərbaycanın millisi Gürcüstanla heç-heçə etdi

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə növbəti yoldaşlıq görüşünü keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib. Məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 4-cü turda heç-heçə oynayıb.

Hesabat turunda üç partiya bərabərliklə başa çatıb. Millinin heyətində Günay Məmmədzadə məğlub olduğu halda Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə tamamlanıb.

5-ci turda yığmada üç şahmatçı ağlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq. Yoldaşlıq oyunu rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı